Sosialmedia. az xəbər verir ki , Subkonyunktival qansızma (və ya subkonyunktival qanaxma) hiposfaqma adı ilə də tanınan konyunktiva altına qanaxmadır. Konyuktiva rahatlıqla zədələnən və ya qırılan bir çox xırda kövrək qan damarlarına malikdir. Bu baş verdikdə qan konyunktiva ilə skleranın (ağlı qişa) arasına sızır.
Güclü öskürək və ya asqırma, hipertoniya və ya qan durulducularının əlavə təsiri bu qan sızmasının səbəbi ola bilər. Ağırlıq qaldırma, qusma, gözlərin sərt ovuşturulması da səbəb ola bilər. Bundan əlavə boğulma və ya qəbizlikdə gücənmə də qanaxmalara səbəb ola bilər. LASİK bənzəri əhəmiyyətsiz göz əməliyyatlarının sonrasında olan ağırlaşmalar da buna gətirib çıxara bilər.
Dərinin hematoması onu göy və ya qara rəngə boyarkən şəffaf konyunktivadan görülən subkonyunktival qanaxmalar öncələri parlaq qırmızı rəngdə olurlar.
Daha sonra onlar yayıla və dəri hematoması kimi yaşıl və sarı rəngləri ala bilərlər. Adətən onlar 2 həftə sonra yox olurlar.
Xarici görünüşü narahat edici görünsə də ümumilikdə subkonyunktival qanaxmalar ağrısız və zərərsiz haldır, lakin o, yüksək qan təzyiqi, göz travması və ya beynin arxa hissəsində gözə çarpan qanaxma olmadığında kəllə əsasının sınığı ilə əlaqəli ola bilər.
Estetik narahatçılıqdan başqa bir narahatçılığa səbəb olmayan göz qanaxması ciddi xəstəliklərin simptomu ola bilər. Gözdə damar partlaması zamanı nə etməli və bunun təhlükəli olub olmamağı hər kəsə məlum deyil.
Qanaxmanın səbəbləri
Nəyə görə görünən bir səbəb olmadan ağ göz alması birdən birə qırmızı rəng alır? Bəzən bu kiçik bir ləkədir, bəzən isə bütün ağlı qişanı tuta bilir. Əsas səbəb gözün bütün toxumalarından keçən kapillyarların kövrəkliyidir. Damarlarının kövrəkliyiyin səbəbi isə daha dərində gizlənir və ciddi xəstəliklərin simptomlarından ola bilər:
Arterial hipertoniya. Damarların bütünlüyünün pozulmasına hipertonik kriz zamanı təzyiqin kəskin sıçrayışına səbəb olur. Damarlar şiddətli təzyiqə davam gətirə bilmirlər və partlayırlar. Və damarın bir başqa orqanda deyil də məhz konyunktiva altında partlaması yaxşı haldır.
Şəkərli diabet. Onun əsas simptomlarından biri də diabetik angiopatiyadır. Qanda şəkərin yüksəlməsi damarların parçalanmasına gətirib çıxarır. Xəstəlik özünü sadəcə gözə qan sızması ilə yox, həmçinin görmənin zəifləməsi ilə birüzə verir.
Qızdırma ya da bol qusma (qida toksikoinfeksiyaları, rotavirus infeksiyası, dizenteriya və s.) ilə müşayiət olunan yoluxucu xəstəliklər.
Bol göz yaşı axıntısı ilə birlikdə gözə qan sızması görülən konyunktivit, keratit bənzəri göz xəstəlikləri.
Göz travmaları qan damarlarının yırtılmasına gətirib çıxaran göz almasına ani mexaniki təsirdir. Buraya gözdə əməliyyat ilə əlaqədar travmaları da əlavə etmək olar.
Düzgün qaydada qan laxtalanmamasına səbəb olan qan xəstəlikləri.
426 views