Nazir: Rus bölməsində təhsil alanlar da ana dilini mükəmməl bilməlidirlər-Özəl

Nazir: Rus bölməsində təhsil alanlar da ana dilini mükəmməl bilməlidirlər.

Sosialmedia.az xəbər verir ki , belə ki, rus bölmələrində Azərbaycan dilinin dərs saatları artması ilə yanaşı hələ gələcəkdə ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək.

“Azərbaycan vətəndaşları niyə Səməd Vurğunu, Nəsimini rus dilində öyrənməlidirlər ki? Səməd Vurğunun şeiri elə Azərbaycan dilində öyrənilməlidir. O ki, qaldı Azərbaycan tarixinin rus dili bölməsində təhsil alan şagirdlərin öyrənə bilməməsi, burada günah bizdə deyil”, – Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə söyləyib.

 

Nazir diqqətə çatdırıb ki, Azərbaycan tarixi bizim milli kimliyimizdir.

242 views