Sosialmedia. az xəbər verir ki , Almaniya Hərbi Dəniz Qüvvələrinin rəisi Bundesver hərbi gəmilərinə qarşı təxribat cəhdləri barədə məlumat verib, Rusiya təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.
Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yan Kristian Kaack Rusiyadan gələn təhlükənin artdığını vurğulayaraq, Bundesver hərbi gəmilərini hədəf alan təxribat hadisələrinin qeydə alındığını bildirib.
“Qiymətləndirməmiz: sınaqdan keçirik. İstər milli səviyyədə, istərsə də alyans daxilində cəmiyyətimizdə sabitliyi pozmağa çalışırlar. Və ola bilsin ki, onlar gələcək fəal hərbi əməliyyatlar üçün zəmin yaradırlar”, – o bildirib.
169 views