Rusiyanın Ufa şəhərindəki “Başneft” neft emalı zavodunda yanğın baş verib-Özəl

Gecədə Rusiyanın Ufa şəhərindəki “Başneft” neft emalı zavodunda yanğın baş verib.

Rusiya Teleqram kanallarının məlumatına görə, səhər saat 2 radələrində partlayış səsləri eşidilib, ardınca alov baş verib.

Ufanın Orconikidzevski rayon administrasiyasının rəhbəri Rustem Xamitov yanğını təsdiqləyərək, tələfat barədə məlumatın olmadığını bildirib.

Bu arada Rusiya Müdafiə Nazirliyi Lipetsk, Rostov və Belqorod vilayətlərində 7 pilotsuz təyyarənin vurulduğunu bildirsə də, Ufadakı neft emalı zavodunu qeyd etməyib.

174 views