Sosialmedia.az xəbər verir ki , baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı tədbirləri davam etdirir.
Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, baş zabit Xalid Əzimov və zabit Emil Nəbiyev vətəndaşa “hərbi bilet əvəzi arayış” vermək üçün 8 min manat rüşvət tələb edib, onun 2 min manatını alarkən ifşa olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İstintaq davam edir, qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam etdiriləcək.
202 views