“Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 424,6 milyon manat çoxalıb. Artımlar əsasən yeni sosial paketin icrası, pensiya və müavinət alanların sayının çoxalması ilə bağlıdır”.
Sosialmedia.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yanvar–avqust aylarında müavinət və təqaüd alanların sayı 17,3 min nəfər artıb, proaktiv qaydada isə 105,6 min sosial müavinət və təqaüd təyin olunub:
“İyulun 1-nə pensiyaçıların sayı 1 milyon 103,3 min nəfərə çatıb. 2025-ci ildə DSMF xərclərinin 7,7 milyard manat, gəlirlərinin isə 7,6 milyard manat olacağı proqnozlaşdırılır. Əsas gəlir mənbəyi – məcburi dövlət sosial sığorta haqları üzrə yığım isə 6 milyard manata yaxın nəzərdə tutulub”.
Fotolar


