Bu şəxslər sıradankənar hərbi xidmətə yararlıdır

Bəzi vətəndaşlar sıradankənar hərbi xidmətə yararlı hesab olunurlar. Yəni adi çağırış dövründən və ya hərbi xidmətə qəbulun ümumi qaydasından kənar hallarda vətəndaşın xidmətə yararlılıq vəziyyətinin müəyyən olunması nəzərdə tutulur.  Sosialmedia.az

Mətbuat.az’a  istinaden  Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  açıqlamasında bildirib ki, vətəndaşların şəhadətləndirilməsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən həyata keçirilir:

“Hərbi xidmətə ilkin qeydiyyat və ya çağırış zamanı müvəqqəti yararsız sayılan vətəndaş tibbi müayinədən imtina edərsə və ya yayınarsa, o, yenidən müayinə olunmalıdır. Əgər təkrar müayinədə sağlamlığında problem aşkarlanmazsa və hərbi xidmətə mane olacaq xəsarət və ya xəstəlik əlaməti olmazsa, həmin şəxs sıradankənar hərbi xidmətə yararlı sayılır. Sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar üzən heyətlər, dəniz piyadası istisna olmaqla, digər qoşun növlərində hərbi xidmət keçməyə yararlıdırlar. Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər”.

510 views