Sosialmedia.az

Səbinə Kərimova: “Xankəndi – həqiqətən də Xanın kəndidir, Azərbaycanın ən gözəl guşələrindən biridir

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Qarabağın azad olunmuş şəhərlərinə səfər təəssüratlarını bölüşüb.

Sosialmedia.az xəbər verir ki, QHT sədri bildirib ki, Xankəndi sanki sehrli bir məkandır:

“Orada insanlar o qədər pozitiv, mehriban və gülərüz idilər ki, elə bil başqa bir aləmə düşürsən. Xankəndi bizim üçün, biz də onun üçün darıxmışıq. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Xocalı onun üçün təkcə coğrafi məkan deyil, həm də torpağın qoxusu, azadlığın nəfəsi, 32 illik həsrətin və şəhidlərin müqəddəs xatirəsinin simvoludur. Bir sözlə, sevirəm vətənimin hər daşını – canımı, qanımı, şəhid övladımı, can Azərbaycanı.”

 

Pərvanə Fərhadqızı

494 views