“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin istedadlı və yaradıcı üzvləri 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən “Məhdudiyyəti Aşan Ürəklər” adlı tədbirdə iştirak ediblər.
Sosialmedia.az xəbər verir ki, İctimai Birliyin sədri Səbinə Kərimova bildirib ki, tədbirin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların istedad və bacarıqlarını geniş ictimaiyyətə təqdim etmək, eyni zamanda sosial həssas qruplara mənəvi dayaq göstərməkdən ibarətdir:
“Tədbir çərçivəsində birliyin üzvləri müxtəlif yaradıcılıq nümunələri, əl işləri və səhnə çıxışları ilə iştirakçılara öz bacarıqlarını nümayiş etdiriblər. Səbinə Kərimova vurğulayıb ki, bu cür layihələr əlilliyi olan şəxslərin sosial fəallığının artırılması və onların cəmiyyətdə bərabərhüquqlu iştirakının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbir sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub, gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçiriləcəyi qeyd edilib”.













