​Avropada ən yüksək maaş bu ölkədədir

Avropalıların işləmək üçün ən çox üz tutduqları ölkə İsveçrədir.

Sosialmedia.az metbuat.az’a istinaden xəbər verir ki, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə, İsveçrədə orta aylıq əmək haqqının digər Avropa dövlətləri ilə müqayisədə yüksək olması bu ölkəyə işçi axınını gücləndirib. Rəsmi məlumatlara görə, İsveçrədə orta aylıq əmək haqqı 4382 avrodur.

Bu isə ildə təxminən 53 000 avro edir. Siyahıda ikinci sırada qərarlaşan Fransada isə illik ortalama maaş 38 184 avrodur.

Qeyd edək ki, İsveçrə əmək hüquqlarının ən yüksək səviyyədə qorunduğu Avropa ölkəsidir. İsveçrədə işçilərin həftədə 42 saatdan artıq çalışmasına icazə verilmir.

Əmək qanunvericiliyinə yüksək səviyyədə riayət olunduğu üçün İsveçrədə işçilərin 27 faizini xarici ölkə vətəndaşları təşkil edir.

356 views