Sosialmedia.az

Əzmi və bacarığı ilə nümunəyə çevrilən Xəyalə Səfərova

Səfərova Xəyalə Xəqani qızı 21 aprel 1984-cü ildə dünyaya gəlib. Anadangəlmə ürək çatışmazlığı və astma xəstəliyindən əziyyət çəkən Xəyalə xanım II qrup əlildir. Həyatın çətinliklərinə baxmayaraq, o, öz iradəsi və bacarığı ilə bir çox insan üçün nümunəyə çevrilməyi bacarıb.

Uşaqlıq illərindən toxuma, tikmə və kiçik rəsm işlərinə maraq göstərən Xəyalə Səfərova zamanla bu bacarıqlarını inkişaf etdirərək toxuculuq peşəsinə yiyələnib. Uzun müddət insanlarla ünsiyyət qurmaqda çətinlik çəksə, cəmiyyətə qarışmaqdan çəkinsə də, bütün maneələri geridə qoyaraq həyata yenidən bağlanıb.

Onun həyatında mühüm dönüş nöqtələrindən biri “Əsmid” İctimai Birliyinə qoşulması olub. Bu birlik Xəyalə xanımın bacarıqlarına dəstək göstərərək onu müxtəlif sərgilərə və layihələrə yönləndirib. Nəticədə o, cəmiyyət arasında tanınmağa başlayıb və uğurlu fəaliyyətinə görə bir çox sertifikatlarla təltif olunub.

Hazırda Xəyalə Səfərova müxtəlif sərgilərdə, festivallarda və layihələrdə fəal iştirak edir. O, bu gün yalnız əlilliyi olan şəxslər üçün deyil, əzmi və mübarizəsi ilə hər kəs üçün örnək hesab olunur.

Orxan.Əliyev  Sosialmedia.az

Fotolar

 

380 views