Sosialmedia.az 

Onlayn iş inkişaf sektorunda işə qəbul qaydalarını dəyişir

Onlayn iş beynəlxalq inkişaf və humanitar yardım sektorunda artıq əsas iş modellərindən birinə çevrilib. Pandemiyadan sonra bir çox təşkilat bu sistemi qalıcı edib və həm hibrid, həm də tam remote vakansiyalar artır.

Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, CARE, Catholic Relief Services və Tetra Tech kimi təşkilatlar artıq qlobal miqyasda mütəxəssisləri uzaqdan cəlb edir. Bu model xüsusilə donor əlaqələri, layihə idarəçiliyi və humanitar koordinasiya sahələrində geniş yayılıb.

Uzaqdan iş yerli kadrlar üçün yeni imkanlar yaratsa da, internet problemi və kibertəhlükəsizlik riskləri hələ də qalmaqdadır. Ümumilikdə isə sektor daha qlobal və rəqabətli əmək bazarına doğru gedir.

82 views