Sosialmedia.az

ƏSMİD İctimai Birliyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti kulinariya təlimini keçirib

ƏSMİD İctimai Birliyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti kulinariya təlimini keçirib
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti – 6-cı kulinariya təlimini uğurla təşkil edib.
Təlimçi Xatirə Xudadarova iştirakçıları salamlayaraq təlimin proqramı haqqında ətraflı məlumat verib. Təlim zamanı iştirakçılara şərq mətbəxinin tarixi, xüsusiyyətləri, istifadə olunan əsas ərzaqlar, ədviyyatlar və ənənəvi yeməklər barədə nəzəri məlumat təqdim olunub. Mövzu üzrə izahlar aparılıb, iştirakçılar qeydlər götürərək biliklərini zənginləşdiriblər.
Təlimin praktik hissəsində isə təlimçinin rəhbərliyi ilə stəkanda keyk hazırlanıb. İştirakçılar hazırlanma qaydalarını addım-addım öyrənərək prosesi praktik şəkildə tətbiq ediblər. Təlim qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar keçirilən kulinariya təlimindən məmnun qaldıqlarını bildiriblər.  Sosialmedia.az

 

527 views