Sosialmedia.az

Yanvar-iyul aylarında 30,2 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edilib.

Sosialmedia.az xəbər verir ki, onlardan 12,8 min nəfərə ilkin, 17,4 min nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata keçirilir. Qiymətləndirmə tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilən göndərişlərdəki məlumatlar əsasında aparılır.

Əlillik təyin edildikdən sonra vətəndaşlara əlilliyə görə sosial ödənişlər də elektron sistem üzərindən proaktiv qaydada təyin edilir.

268 views