Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisə və mərkəzlərində, eləcə də qurumun sifarişi ilə yaradılan günərzi və reabilitasiya mərkəzlərində hazırda 4 minədək uşağa sosial xidmət göstərilir.
Sosialmedia.az xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan uşaqlardan 882 nəfəri stasionar, 2936 nəfəri yarımstasionar, 165 nəfəri isə ambulator xidmətlərlə təmin olunur.
Göstərilən xidmətlərin əsas məqsədi uşaqların reabilitasiya potensialını reallaşdırmaq, funksional bacarıqlarını inkişaf etdirmək, onların gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Bununla yanaşı, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil edilir. Bu fəaliyyətlər onların özünəxidmət bacarıqlarının artırılmasına və təxəyyüllərinin inkişafına xidmət edir.







