Sosialmredia.az

Bakı, Sumqayıt və Abşeronda sentyabr pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Naxçıvan Muxtar Respublikasında da sentyabr ayının pensiya ödənişi həyata keçirilib. Belə ki, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyalar sentyabrın 8-də ödənilib.

Bildirilib ki, ölkənin digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay ərzində qrafikə uyğun şəkildə ödəniləcək.

Sosialmredia.az

166 views