Sosialmedia.az

Çox isti çay və qəhvə xərçəng riskini artıra bilər

Çay və qəhvə kimi içkiləri çox isti halda müntəzəm qəbul etmək qida borusu xərçəngi riskinin artmasına səbəb ola bilər.

Sosialmedia.az xəbər verir ki, Oksford Universitetinin apardığı və təxminən 1 milyon insanın məlumatlarının təhlil edildiyi araşdırmada isti içkilərin qida borusu xərçəngi ilə əlaqəsi araşdırılıb.

Tədqiqatın nəticələrinə görə, çay və qəhvə kimi içkiləri 65 dərəcə və daha yüksək temperaturda qəbul edən şəxslərdə qida borusu xərçənginə tutulma riski ilıq içki qəbul edənlərlə müqayisədə təxminən üç dəfə yüksək olub.

Həmçinin gündə altı və daha çox isti içki qəbul etməyin də xəstəlik riskinin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Mütəxəssislərin fikrincə, yüksək temperaturlu mayelər qida borusunun daxili səthindəki hüceyrələrə zərər verə bilər. Bu səbəbdən çay və qəhvə kimi içkiləri qaynar halda qəbul etmək əvəzinə, bir neçə dəqiqə soyumasını gözləmək tövsiyə olunur.

Bununla yanaşı, mütəxəssislər qida borusu xərçənginin ümumi riskinin aşağı olduğunu bildirirlər. Siqaret və alkoqol istehlakı isə xəstəliyin əsas risk amilləri sırasında yer alır.

181 views