Sosialmedia.az

Peşə təhsilinə qəbulun III mərhələsi başlayır

2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan plan yerlərinə tələbə qəbulunun III və sonuncu mərhələsinə bu gündən start verilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu mərhələdə ilk iki qəbul mərhələsində uğursuz nəticə göstərən, eləcə də əvvəlki mərhələlərdə müraciət etməyən şəxslər iştirak edə bilərlər.

Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiqləyən şəxslər isə bu mərhələdə ixtisas dəyişdirilməsi məqsədilə müraciət edə bilməzlər.

Qeyd olunub ki, sentyabrın 11-dən etibarən müraciətçilər elektron qaydada portal.edu.az platforması üzərindən mövcud vakant plan yerlərinə müraciət edə bilərlər.

Boş qalan plan yerlərinə sənəd qəbulu sentyabrın 14-ü saat 12:00-dək davam edəcək.

142 views