Dondurulmuş meyvə və tərəvəzlərin istifadəsi zamanı onların saxlanma şəraitinə diqqət yetirmək vacibdir.
Sosialmedia.az xəbər verir ki, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, dondurulmuş meyvə və tərəvəzlərin özləri sağlamlıq üçün zərərli hesab edilmir. Lakin soyuducu avadanlıqlarda nasazlıq yaranması və məhsulların lazımi temperaturda saxlanılmaması müəyyən risklərə səbəb ola bilər.
A.Polyakov xüsusilə məhsulların saxlanma qaydalarına diqqət yetirməyin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bir dəfə əridilmiş meyvə və tərəvəzləri yenidən dondurmaq məsləhət görülmür. Təkrar dondurma məhsulların faydalı xüsusiyyətlərinin azalmasına və qida dəyərinin aşağı düşməsinə səbəb ola bilər.
Mütəxəssis istehlakçıları dondurulmuş məhsulların saxlanma temperaturuna və ərimə vəziyyətinə diqqət yetirməyə çağırıb.
131 views
