Sosialmedia.az

Özünüməşğulluq proqramı ilə 115 mindən çox şəxs kiçik biznes qurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək Azərbaycanın regionlarında 93 min şəxs üçün kiçik ailə təsərrüfatı yaradılıb.

Sosialmedia.az xəbər verir ki, ümumilikdə ölkə üzrə 115 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə kiçik bizneslərini qurub.

Proqram çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal, kənd təsərrüfatı və xidmət sahələri üzrə 30-dan çox iqtisadi fəaliyyət istiqaməti ilə bağlı mal və materiallar formasında aktivlər təqdim olunur.

Proqrama cəlb edilən şəxslər ilk mərhələdə təlimlərə cəlb olunurlar. Təlimlər zamanı onlara kiçik biznesin təşkili və idarə edilməsi, eləcə də sahibkarlıq fəaliyyətinin aparılması ilə bağlı bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla başa vuran iştirakçılar hazırladıqları biznes planlarına uyğun olaraq müvafiq aktivlərlə təmin edilirlər. Bununla da onların öz bizneslərini qurmasına və gəlir əldə etməsinə şərait yaradılır.

127 views