Sosialmedia.az

Bu ilin 8 ayında 100 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

Bu ilin 8 ayında 100 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Onlardan 52,9 min nəfər ambulator, 24,8 min nəfər isə stasionar və icma əsaslı reabilitasiya xidmətlərindən yararlanıb. Digər şəxslərə isə səyyar və onlayn formatda, eləcə də sosial-psixoloji istiqamətlər üzrə xidmətlər göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun müasir reabilitasiya metodlarından da istifadə olunur.

Belə metodlar sırasında robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası yer alır.

Reabilitasiya müəssisələrində stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar xidmətlər də təşkil edilir.

130 views