Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
Sosialmedia.az xəbər verir ki, 8 ay ərzində ödənilən vəsaitin:
- 5 milyard 222 milyon manatı pensiyaların;
- 961 milyon manatı müavinətlərin;
- 542 milyon manatı təqaüdlərin;
- 270 milyon manatı isə ünvanlı dövlət sosial yardımının payına düşüb.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 633 milyon manat və ya 10 faiz artıb.
82 views
