Sosialmedia.az

Avqustda əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Bu ilin avqust ayında Azərbaycanda 241 078 nəfər əlilliyə görə pensiya alıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, avqust ayında 224 247 nəfərə aylıq müavinət, 92 294 nəfərə isə Prezident təqaüdü ödənilib.

Məlumata görə, sosial ödənişlər dövlətin əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində davam etdirilir.

134 views