Sosialmedia.az

8 ayda 32 mindən çox uşağa reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 440 uşağa xidmət göstərilib.

Sosialmedia.az xəbər verir ki, həmin uşaqlardan 1 541 nəfəri stasionar, 19 560 nəfəri isə ambulator reabilitasiya xidmətlərinə cəlb olunub.

Digər uşaqlara isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətləri göstərilib.

Əlilliyi olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərində müxtəlif reabilitasiya xidmətləri ilə təmin edilirlər.

104 views