Sabah, oktyabrın 1-də Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sosialmedia.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov və İstiqlal küçələrinin, həmçinin rayonun Qarasuqumlaq kəndinin qaz təchizatında fasilə olacaq.
Həmçinin, oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev və İ.B.Qutqaşınlı küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Baltalı kəndində də qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” görüləcək işlərin başa çatdırılmasından sonra qaz təchizatının bərpa ediləcəyini bildirib.
79 views
