Sosialmedia.az

Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edib.

Sosialmedia.az xəbər verir ki, müdafiə naziri təlim iştirakçıları qarşısında çıxış edərək bu cür hərbi təlimlərin iştirakçı ölkələrin ordularının inkişafında mühüm rol oynadığını bildirib.

Zakir Həsənov təlimlərin şəxsi heyətin peşəkarlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyini qeyd edib.

Təlim çərçivəsində iştirakçılar hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə müxtəlif tapşırıqları birgə yerinə yetiriblər.

“Birliyin Gücü – 2026” təliminin əsas məqsədləri iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Bununla yanaşı, təlim beynəlxalq əməliyyatların birgə planlaşdırılması, hərbi qulluqçular arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və tapşırıqların icrası zamanı bölmələr arasında qarşılıqlı uzlaşmanın artırılmasına xidmət edir.

Təlimin digər mühüm məqsədlərindən biri isə regional və beynəlxalq səviyyədə dayanıqlı sülh və təhlükəsizliyə töhfə verməkdir.

76 views