Sosialmedia.az

Azərbaycanda bu kənd və qəsəbələrin su təchizatı yaxşılaşdırılacaq

Azərbaycanda bir sıra kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr hazırlanacaq.

Sosialmedia.az xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti bununla bağlı hazırlıq işlərinə başlayıb.

İlkin mərhələdə Qusar rayonunun Yeni Həyat və Samur qəsəbələri, Çiləgir kəndi, Şəmkir rayonunun Kür və Dəllər qəsəbələri, eləcə də Füzuli rayonunun Kərimbəyli kəndinin su təchizatı sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu məqsədlə qeyd olunan yaşayış məntəqələrinin su təchizatı sistemləri üzrə layihə-smeta sənədləri hazırlanacaq.

Məlumata görə, layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 134 min 520 manat vəsaitin xərclənməsi planlaşdırılır.

95 views