“Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı Prezidentin bəzi fərman və sərəncamlarında dəyişiklik edilib.
Sosialmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişiklik “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanda nəzərdə tutulub.
Yeni dəyişikliklə “Bakı Metropoliteni” QSC-yə əlavə səlahiyyət verilib.
Belə ki, qurum sərnişin kanat yolları sahəsində sərnişindaşıma xidmətlərinin göstərilməsini, bu xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasını, həmçinin kanat yollarının tikintisi və istismarını təmin edəcək.
95 views
