Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfər sosial reabilitasiya xidmətləri ilə təmin olunub.
Sosialmedia.az xəbər verir ki, onlardan 26 nəfəri uşaqlardır.
Məlumata görə, zərərçəkən şəxslər Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb ediliblər.
Şöbədə həmin şəxslərin sosial reabilitasiyası və sosial statuslarının bərpası istiqamətində fərdi iş planlarına uyğun tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Buraya müraciət edən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.
120 views
