Sosialmedia.az

Saç tökülməsinə səbəb olan yuxu pozası ilə bağlı AÇIQLAMA

Yuxu zamanı seçilən pozanın saç tökülməsinə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Saç əkilməsi üzrə ixtisaslaşmış cərrah Roksana Moyyer və trixoloq Ernesta Malinauskaite bu məsələ ilə bağlı 2026-cı ildə aparılan araşdırmanı şərh ediblər.

Sosialmedia.az xəbər verir ki, mütəxəssislər “Yahoo”ya açıqlamalarında yatış formasının saç tökülməsinə təsiri ilə bağlı iddiaları qiymətləndiriblər.

Roksana Moyyer bildirib ki, keçəlləşməsi olan kişilərdə yatdıqları tərəfə uyğun baş nahiyəsində daha çox saç tökülməsi olduğunu göstərən araşdırmanın nəticələri kifayət qədər əsaslı deyil.

Onun sözlərinə görə, insanlar tez-tez kürəyi üstə yatırlar və başın bu hissəsi kişilərdə androgenetik keçəlləşmədən nisbətən daha az təsirlənir. Saç transplantasiyası zamanı follikulların da çox vaxt məhz bu nahiyədən götürüldüyü qeyd olunur.

Mütəxəssis əlavə edib ki, saç follikullarında qan dövranını saçların böyüməsini dayandıracaq səviyyədə pozmaq üçün lazım olan təzyiq başın yastığa söykənməsi zamanı yaranan təzyiqdən xeyli yüksəkdir.

Trixoloq Ernesta Malinauskaite isə saç sağlamlığı baxımından yastıq üzünün yaratdığı sürtünmənin yatış pozasından daha əhəmiyyətli ola biləcəyini bildirib.

Onun sözlərinə görə, saçları ciddi zədələnmiş, uyğun olmayan saç kondisionerindən istifadə edən və yaş saçla yatmaq vərdişi olan şəxslərdə yastıq və yastıq üzü ilə təmas nəticəsində yaranan zədələnmə riski daha yüksək ola bilər.

91 views