Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova növbədənkənar seçki ilə bağlı QHT.az –a MÜSAHİBƏ verib.
QHT.az: Səbinə xanım, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə QHT.az adından Sizə təşəkkür edirəm. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Səbinə Kərimova: Hər vaxtınız xeyir. İlk onu qeyd etmək istəyirəm ki, bu seçki tariximizin zəfər seçkisidir. Müstəqilliyimizi bərpa etdikdən sonra keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, 30 il sonra işğaldan azad edilmiş torpaqlarımızda ilk müstəqil seçki olacaq. Bu bizim həm sevindirir, həm də qürurlandırır.Biz yaşadığımız bu sevinc və qürur hissi üçün başda cənab prezidentimizə və ordumuza minnətdarıq. Bundan əlavə düşünürəm ki, növbədənkənar prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün də yeni bir başlanğıcı olacaq. Yeni düzən, yeni islahatlar və yeni qanunlar.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Səbinə Kərimova: Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi olaraq, əsas məqsədimiz əlilliyi olan şəxslərin prezident seçkilərində fəal iştirakını təmin etməkdir. Bunun üçün biz mütamadi görüşlər təşkil edir və bununla bağlı təbliğat işlərini aparırıq. Əlilliyi olan şəxslər Prezident seçkilərində iştirak etməklə, yüksək vətəndaşlıq mövqeyini ortaya qoymaları və ölkəmizin ictimai- siyasi proseslərində yaxından iştirak etmələri üçün var gücümüzlə çalışırıq. Bundan əlavə biz seçki dairələrə məktublar hazırlayırıq ki, seçkiyə gəlib səs verə bilməyən əlilliyi olan şəxslər üçün evlərə seçki qutuları göndərilsin. Mən də daxil olmaqla bir qrup təşkilat üzvülərimiz seçki günü dairə və məntəqələrdə müşahidəçi qismində seçkiləri izləmək üçün fəaliyyət göstərəcəklər.
QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Səbinə Kərimova: Ölkəmizdə 7 fevralda baş tutacaq prezident seçkiləri ölkəmizin ən böyük siyasi kampaniyasıdır və biz QHT-lər əlbəttə ki, bu kampaniyada fəal iştirak edəcəyik. Bunun üçün bizim təşkilat fevral ayının 6 kimi mütamadi seçkilərdə iştirak etmək üçün əlilliyi olan şəxslər, miqrantlar, gənclər və onların ailə üzvüləri ilə tədbirlər keçirməyi planlaşdırır. Daha çox seçkinin şəfaf keçirilməsi üçün hər kəs öz səsinin sahibi olmalıdır. Onun üçün biz seçkilərdə daha aktiv və fəal olmaq üçün ətarfımızda olan insanları maarifləndirirk ki, seçki günü vətəndaşlar sərbəst şəkildə seçki məntəqlərinə gedərək öz yerlərinə səslərini versinlər. Ümumilikdə seçkinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə beynəlxalq müşahidəçilərin seçkidə iştirakı təmin olunur, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun ilə bağlı təlimlər keçirilir. Ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılır.
QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?
Səbinə Kərimova: Bu seçkidən gözləntim daha böyükdür. İnanıram ki, bu seçkilərdən sonra məcburi köçkünlər öz el-obalarına qayıdacaq. Hər bir vətəndaşımızın həyatı düzənı girəcək. Sosial problemlərin yükü azalacaq. İnsanlar daha rahat şəkildə həyatlarını quracaqlar. Evsizlər ev sahibi, işsizlər iş sahibi olacaq. İnanıram ki, Azərbaycan ədalətli, müstəqil və şəffaf bir ölkə kimi tarixə adını yazdıracaq.
Pərvanə Fərhadqızı
38 views