“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” adlı layihənin icrasına başlayır. 20.06.2024-cü il tarixində təşkilatın ofisində layihənin açılış mərasimi keçirilib.
Sosailmedia.az xəbər verir ki, bu barədə layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, açılış mərasimində layihə iştirakçıları layihə barədə məlumatlanıb və bundan əlavə təlimçilərlə tanış olublar. Onlara layihənin məqsədi, müddəti və sonda təşkil olunacaq sərgi barədə məlumat verilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq layihə barədə geniş məlumat verdi və layihənin təlimçiləri və layihə köməkçisi ilə iştirakçıları tanış etdi. O,bildirdi ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində əlilliyi olan gənclər arasında işssizlik səviyyəsini azaltmaq və əlilliyi olan şəxsləri peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır. Çünki əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasında problemlər həmişə özünü göstərir. Bu da öz növbəsində gələcəkdə onların iş tapması demək olar ki, mümüknsüz edir. Bunun üçün biz onları peşə təhsilinə cəlb edərək,işlə təminatına dəstək verməcəyik.Layihənin əsas məqsədlərindən biri də peşə təhsilinə yiyələnmiş əllilliyi olan şəxslərin işlə təmin edilməsinə köməklik göstərərək,onların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaqdır.
Layihə Sumqayıt şəhərində 15 nəfər əlilliyi olan şəxsləri peşə kursuna cəlb edərək 2 ay müddətində həftədə 2 dəfə onlara iki sahə üzrə yeni nəsil kompüter proqramlarını və dekorativ tətbiqi sənət üzrə bilik və bacarıqlarını artırılmasına dəstək veriləcək.. Layihənin sonunda Sumqayıt şəhərində dekorativ tətbiqi sənət üzrə kurs keçən əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sonra təlimçi İKT mütəxəsisi Ramil Süleymanov, Dekorativ-təbiqi sənət mütəxəsisi təlimçi Samirə Bayramova və layihənin köməkçisi Cəmilə Abdulova öz çıxışlarında əlilliyi olan gənclərin bu layihədə fəallıq nümayiş etdirərək, peşə kurslarında davamiyyət göstərərək yeni biliyə və baçarığa sahib olacaqlarını qeyd etdilər.Təlimçilər öz qrupları ilə söhbətlər apararaq, kursların cədvəllərini hazırladılar. Peşə kursları 21.06.2024-cü il tarixində başlayacağını qeyd etdilər. Tədbir çay süfrəsi arxasında müzakirələrlə sona yetdi.
214 views