Azərbaycan Respublikası Prezidentinin Sərəncamı-Özəl

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

 

İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

396 views