Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri ölən və ya yaralanan Ukrayna və Rusiya hərbçilərinin ümumi sayı bir milyona çatıb.
Sosialmedia.az xəbər verir ki, bu ilin əvvəlində edilən məxfi Ukrayna hesablamalarına görə, ukraynalı hərbçilərin sayı 80 min, yaralıların sayı isə 400 mindir.
Qərb kəşfiyyatının Rusiya itkiləri ilə bağlı təxminləri müxtəlifdir: bəzi məlumatlara görə, ölənlərin sayı təxminən 200 minə, yaralıların sayı isə 400 minə yaxındır.
219 views