Bakıda adam öldürüb qaçanı maşın vurdu-Özəl

Sosialmedia.az xəbər verir ki , oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 37 yaşlı Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

 

T.Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Hazırda istintaq araşdırması davam etdirilir.

314 views