Sosialmedia.az xəbər verir ki , Serbiyanın paytaxtı Belqradda Rusiyayönlü mövqeyi ilə tanınan prezident Vuçiçə qarşı kütləvi etiraz aksiyası keçirilir. Polis izdihamı 30 min nəfər hesab edir.
Etiraz universitet tələbələri və kənd təsərrüfatı hərəkatlarından dəstək toplayıb və əsas şüarı Vuçiç dövründə hökumətin korrupsiyasına qarşı mübarizəyə yönəlib.
Nümayişlərə Novi Sadda yeni təmir edilmiş qatar stansiyasında 15 vətəndaşın faciəvi şəkildə həlak olması, tikinti konstruksiyasının insanların üzərinə uçması səbəb olub.
39 views