Sosialmedia.az xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:
“Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı kəmərlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi”.
34 views