Sosialmedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Açıq qapı günü” keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Hərbi İnstitutun ərazisindəki abidəsi, eləcə də İnstitutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb.
Media nümayəndələrinə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.
Media nümayəndələri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, idman kompleksi, kursant yataqxanası, yeməkxana və digər inzibati binalarla tanış olublar.
Kursantların tədris prosesini izləyən media nümayəndələri çəkilişlər aparıb, Hərbi İnstitutda təhsil alan yerli və xarici kursantlardan müsahibələr götürüblər.