Sosialmedia.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasın Avropa liderlərini Rusiyanın 9 Mayda keçiriləcək Qələbə Günü paradına getməməyə çağıran çağırışını rədd edib.
“Xanım Kallasın xəbərdarlığı şantaj formasıdır, yoxsa Moskvadan qayıdanda cəzalandırılacağımı bəyan etməkdir? Bilmirəm, amma bilirəm ki, 1939-cu il deyil, 2025-ci ildir”, – Fiko deyib.
79 views