Sosialmedia.az xəbər verir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən proseslərdə “TikTok” əməliyyatları çərçivəsində saxlanılan bir neçə tiktokerin həbs müddəti uzadılıb.
Belə ki:
• “Vaqa” ləqəbli Vüqar Zeynalovun barəsində olan həbs müddəti hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə 1 ay uzadılıb.
• “Magerramoff” ləqəbli Əmrah Məhərrəmovun həbs müddəti hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə 2 ay uzadılıb.
• “Xozeyn” ləqəbli Vüqar Kərimovun həbs müddəti isə hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə artırılıb.
Qeyd edək ki, hər üç şəxs ötən ilin dekabr ayında saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb. Məhkəmənin əvvəlki qərarları ilə onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
63 views