Təəssüf ki, bəzi Azərbaycan vətəndaşlarının ölkəyə qarşı yönəlmiş hərəkətlərinə tez-tez rast gəlinir. Azərbaycanda yaşayan bir sıra şəxslər ölkənin siyasi kursu ilə razılaşmadıqları üçün əvvəllər müxtəlif ölkələrə, o cümlədən Rusiyaya mühacirət ediblər. Lakin bu mühacirlərin hamısı Azərbaycana dost münasibət bəsləmir.
Onlardan biri ilə bağlı qısa bir araşdırma aparılıb. Söhbət bu yaxınlarda Gürcüstandan Azərbaycana gəlmiş, əvvəllər Rusiyanın şimalında — Maqadan şəhərində yaşamış Jurov D.İ., Gul V.V. və Quşçin A.M.-dən gedir.
İlk baxışdan bu şəxslər müsbət obraz yaratmağa çalışırlar. Lakin onların fəaliyyəti MDB ölkələri ərazisində müxtəlif məsələlərə dair məlumat toplamaqdan və bu informasiyaları yaymaqdan ibarət olub. Onların hər biri müstəqil jurnalist və bloqçu kimi çıxış edib. Bu fəaliyyət zahirən normal görünsə də, Jurov, Qul və Quşçinin fəaliyyəti bir çox hallarda birbaşa Azərbaycana qarşı yönəlib.
Onlar informasiya resurslarında MDB məkanında baş verən siyasi və iqtisadi proseslər barədə geniş məlumatlar yayır, xüsusilə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tez-tez yazılar dərc edirdilər. Bu fəaliyyətin əsas səbəbi isə ABŞ-ın birja və analitik mərkəzlərinin sifarişlərini yerinə yetirmək və onlardan qrant almaq idi. Əslində bu özlüyündə qəbahətli sayılmaya bilər. Amma onların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayımladıqları materiallar və verdikləri bəyanatlar diqqət çəkir. Hər biri açıq şəkildə Azərbaycan Ordusunu “işğalçı” adlandırırdı.
Düzdür, müharibə itkisiz olmur. Lakin Azərbaycan öz ərazi bütövlüyü və azadlığı uğrunda döyüşüb və bu yolda minlərlə şəhid verib. Məhz həmin şəhidlərin qanı bahasına Azərbaycan Qarabağı azad etdi, Şuşanı işğaldan qurtardı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu psevdobloqçular Rusiyaya qarşı düşmən münasibət bəslədiklərini və orada söz azadlığının olmadığını iddia edirlər. Onların hər hansı bir ölkəyə qarşı düşüncə və münasibət sərgiləməsi onların şəxsi hüququdur. Amma burada bir paradoks yaranır: Rusiyaya qarşı düşmənçilik bəhanəsi ilə Azərbaycanın əleyhinə danışmaq, dolayısı ilə Ermənistanı dəstəkləmək deməkdir. Əgər bu şəxslər Rusiyaya qarşı çıxırlarsa, bəs niyə işğalçı Ermənistanı dəstəkləyirlər?
Tarixin ironiyası isə ondadır ki, bu insanlar vaxtilə “işğalçı” adlandırdıqları Azərbaycanda sığınacaq tapıb, burada xoşbəxt şəkildə həyatlarını davam etdirirlər. Görünür, Azərbaycanın qonaqpərvərliyi və insanpərvər münasibəti onların dünyagörüşünü dəyişə bilməyib.
Sonda sual yaranır: Azərbaycanın ərazisində yaşayıb, ölkəyə qarşı nifrət püskürmək hansı əxlaq və mənəviyyatın göstəricisidir?
8213 views