Hövsanda evdə partlayış – ölən və yaralanan var-Özəl

Sosialmedia.az xəbər verir ki, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, Bağlar massivində yerləşən fərdi evdə partlayış baş verib. Hadisə nəticəsində Elvin Məmmədov həyatını itirib, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

TƏBİB-in verdiyi məlumata görə, 24 yaşlı yaralı II-III dərəcəli termiki alov yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə hospitalizasiya edilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumlar partlayışın səbəblərini müəyyənləşdirmək üçün iş aparır.

34 views