Saytımıza daxil olmuş şikayəti diqqətinizə çatdırırıq. Bildirilir ki, Rəhimova Mehbarə İlham qızı (bəzi sənədlərdə Rəhimova İlhamə İlham qızı kimi göstərilir) vətəndaş etibarından sui-istifadə edərək dələduzluq əməlinə yol verib.
Şikayətçi Kərəmli Ruzi Ağababa oğlunun bildirdiyinə görə, 25.02.2025-ci il tarixində Rəhimova Mehbarə ona məxsus “Mercedes Benz 350” markalı minik avtomobilini ona satıb, qarşılığında 10 min manat məbləğində vəsait alıb və müvafiq notarial etibarnamə təqdim edib. Lakin iki ay sonra həmin etibarnaməyə birtərəfli qaydada xitam verərək avtomobili axtarışa verib və iddia edib ki, guya nəqliyyat vasitəsi onun xəbəri olmadan qaçırılıb.
Şikayətçinin iddiasına görə, bu, reallığı əks etdirmir. Çünki avtomobilin satışı qarşılıqlı razılaşma ilə həyata keçirilib və ödəniş tam şəkildə edilib. Hal-hazırda nə etibarnamə bərpa olunur, nə də ödənilən vəsait geri qaytarılır. Hətta qarşı tərəfin iddiasına əsasən, Rəhimova Mehbarə əlavə vəsait tələb etməklə onu təhdid edir.
Ruzi bəy şikayətində qeyd edir ki, Rəhimova Mehbarə özünü “Paşa Sığorta”nın əməkdaşı kimi təqdim edərək bu nüfuzdan istifadə edərək qarşı tərəfi hədələyir və təsir göstərməyə çalışır. Şikayətçi həmçinin etibarnamə sənədini də saytımıza təqdim edib.
Sosialmedia.az olaraq bildiririk ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa və cavab haqqını təmin etməyə hazırıq.
