Pakistanda partlayış törədilib, ölən və xəsarət alanlar var-Özəl

Pakistanın cənubundakı Bəlucistan əyalətində partlayış törədilib. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Sosialmedia.az xəbər verir ki, avtomobilə qoyulan partlayıcı işə düşüb. Partlayış nəticəində ətrafdakı avtomobillərə və mağazalara ziyan dəyib, hücum edənlərin hərbi obyekti hədəfə alması ehtimal olunur.

Məlumata görə, hadisədən sonra hücumu törətməkdə şübhəli bilinən silahlı şəxslərlə hərbçilər arasında atışma olub.

37 views