Bakı şəhərində “Ekologiya və biz” mövzusunda sorğu keçirilib-Özəl

Sosialmedia.az xəbər verir ki, “Ekologiya və biz” layihəsi Bakı şəhərində ekoloji problemlər və ətraf mühitə dəyən zərərin azaldılması ilə hansı addımların atılmasının zəruri olduğu ilə bağlı sorğu götürüb. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə ekspert “ Dünyəviliyin və Marifpərvərliyin “ Təbliginə Dəstək İctimai Birliyin rəhbəri G. Mürsəlli müsahibəsində bildirdi ki, ctimai yerlərdə siqaret çəkilir, zavodlar təsiri güclü olan qazları səmaya buraxır. Bunun nəticəsində atmosferə ziyan dəyir, ozon qatı azalır və “ozon dəliyi” yaranır. Təbiəti qorumaq üçün ilk növbədə sənaye müəssisələrinin infrastrukturunu yeniləmək lazımdır: “Avadanlıqların çoxu istismar müddətini keçib. Bu da ətraf mühitə çıxan zəhərli maddələrin daha çox olmasına səbəb olur. Yeni texnologiyalar gətirilərsə, bunun qarşısını almaq olar. Nəticədə daha az zərərli madda havaya buraxılar. Təmiz hava, su olmadan həyat mümkün deyil: “İnsanlar daha çox siqaretdən istifadə edir. Bununla həm özlərinə, həm də ətraf mühitə ziyan vururlar. Siqaretdən istifadədən sonra onun kötüyünü yerə atırlar. Bu da ətraf mühitin də çirklənməsinə səbəb olur.” Bu fikirləri “ Dünyəviliyin və Marifpərvərliyin “ Təbliginə Dəstək İctimai Birliyinin rəhbəri G. Mürsəlli müsahibə zamanı bildirdi.

 

Bakı şəhərində keçirilən sorğu nəticəsində insanlar daha çox təbiətə dəyən zərərdən və onu necə qorumaqdan danışdılar.

38 views