QHT Agentliyinin dəstəyi ilə əlilliyi olan xanımlara peşə kursları təşkil olunacaq

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması  məqsədi ilə   peşə kurslarının təşkili” layihəsinin icrasına başlayır.

Sosialmedia.az xəbər verir ki, bu barədə“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq və 10 nəfər  əlilliyi olan xanımlara  2 ay müddətində gözəllik salolarında stilist mütəxəsislər tərəfindən təlimlər keçiriləcək. Onlara dörd istiqamət üzrə (saç düzümü,vizaj,dırnaq qaynağı və permanent qaş) fəaliyyət növü  öyrədiləcək və sonda hər bir əlilliyi olan xanımlara stilistlər tərəfindən sertifikatlar təqdim olunacaq.Layihənin icrası bitdikdən sonra daha gözəl nəticə əldə edən əlilliyi olan xanımlar üçün gözəllik salonu yaratmağı düşünürük – deyə vurğulayıb.

39 views