Sosialmedia.az xəbər verir ki , 3. Rayonda şəhər sakinləri arasında sorğu keçirilib. Sorğu zamanı sakinlərin rayonda yaşayan digər din və millətlətin nümayəndələrinə münasibəti öyrənilib. Daha sonra Qırmızı qəsəbəyə səfər edilib və burada yəhudilərlə görüş keçirilib. Yəhudilərdən onlara göstərilən münasibət və öz adət-ənənələrini burada necə yaşaması ilə bağlı sorğu aparılıb.
Quba sakinləri arasında aparılan sorğu zamanı insanlar rayonda yaşayan müxtəlif xalqların nümayəndələri ilə mehriban şəkildə yaşadıqlarını qeyd edib. Rayon ağsaqqalı Xosrov Bağırov Qubanın hər zaman İslam şəhəri kimi tanındığına və burada müxtəlif xalqların nümayəndələrinin birlikdə yaşadığına diqqət çəkib: “ Qubada hazırda 4 məscid var, birinin isə tikintisi aparılır. Burada yəhudilər, ləzgilər, tatlar yaşayır. Bu millətlə arasında heç zaman millətçilik olmayıb, heç zaman da ola bilməz. Yəhudilərlə biz bir-birimizin milli bayramlarında, xeyir-şər işlərində və dövlət tədbirlərində hər zaman birlikdə olmuşuq”.
Azərbaycan tolerantlıq baxımından dünyaya nümunədir, Quba isə Azərbaycanın ən tolerant bölgələrindən biridir.
24 views