Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.
– QHT sədri kimi mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?
– 2017-ci ildən fəaliyyətə başlayan təşkilatımızın məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Təşkilatın əsas fəaliyyət istiqamətləri: Əlillərin Sosial müdafiəsi və sağlamlığının qorunması,əlilliyin qarşısının alınması,əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdiliməsinə yardım etmək və onları peşəyə, təhsilə cəlb etməkdir. Bu gün ölkəmizdə əlilliyi olan şəxslərin 90% işssizlikdən əziyyət çəkir. Bunun başlıca səbəbi isə onların təhsilsiz olmasıdır. Təhsildən kənar qalmaların bir çox səbəbi var. Valdeyinlərinin laqeyidliyi, infrastruktur və məktəblərin onlar üçün əlçatan olmaması. Bu da əlil uşaqların təhsildən kənar düşməsinə səbəb olur. Evdə fərdi məktəblər isə çox da ürək açan deyil. Bu da gələcəkdə onların işsiz qalması ilə nəticələnir. Bizim fəaliyyətimiz onları istədikləri peşəni öyrətməklə işsizlik problemini aradan qaldırmaqdır. Bunun üçün biz vaxtaşırı kurslar təşkil edib onları bu kurslara cəlb edirik ki,öz işlərini qura bilsinlər. Artıq bir çox təşkilat üzvülərimiz işləyir və cəmiyyətə inteqrasiya edə biliblər. Təşkilatın nəzdində 2018-ci il tarixindən “Gənc Əlillərə Dəstək” Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəz gənc əlillərin cəmiyyətə inteqrasiyasına dəstək olur. Təşkilatın Xəzər rayon şöbəsi və Qaradağ rayon şöbəsi fəaliyyət göstərir.
– Əsas nailiyyətləriniz hansılardır?
– Əsas nailiyyətimiz Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək kimi bir ailəni yaratmaq olub. Bu ailənin hazırda 134 üzvü var və hər biri bir-biri ilə sıx bağlıdır. Əlilliyi olan şəxsləri bir araya gətirmək və onların bir-biri ilə ünsiyyətini yaratmaq olduqca çətin bir prossesdir və mənə elə gəlir ki, biz bunu bacarmışıq. Əlilliyi olan şəxslərdən əlavə biz onların valdeyinlərini də təşkilata cəlb etmişik. Birgə fəaliyyət göstəririk. Bundan əlavə təşkilat üzvülərimizin bir qismi məşqulluq problemini həll ediblər. Onların bir çoxu müəllim, mühasib, fizoterapist və media sahəsində fəaliyyət göstərirlər. Bu gün əlilliyi olan şəxslərin bir çox sahələrdə fəaliyyət göstəməsi olduqca xoş bir haldır. Düşünürəm ki, bu bizlərin nailiyyətidir ki, biz cəmiyyətə inteqrasiya edə bilmişik.
– Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?
– Gələcək aylarda tədbirlər planı çoxdur. Əlilliyi olan şəxslərin hüquqları barədə maarifləndirmə işləri, kurslarən təşkili,məişət zorakılığı ilə bağlı tədbirlər, şənliklər, gəzintilər, sərgilər və s. Bu il əlilliyi olan xanımlar üçün gözəllik salonu yaratmağı düşünürük, çünki bütün sənədləri təqdim etmişik. Yəqin ki, 2024-də avadanlığımız Dövlət Məşqulluq Agentliyi tərəfindən verilər. Ən əsası ən böyük planımız isə Əlilliyi olan şəxslər üçün Təhsil Mərkəzini yaratmaqdır. Bu bizim ən böyük missiyamızdır. Biz atdığımız addımların çoxu məhz bu təhsil mərkəzinin yaradılması üçündür. Digər bir məsələ kollektiv şəkildə, əlbirlik və əməkdaşlıq əsasında ciddi çalışmaqdır. Əlilliyi olan uşaq və gəncləri əvvəldən böyük işlər görməyə alışdırmaq lazımdır. Bəzi məsələlərə region səviyyəsində deyil, qlobal baxmalıyıq. Bəzi məsələlərə yüzillik, yaxud yuzəlliillik proqram kimi baxmaq gərəkir, beşillik, onillik yox. Bunlar ciddi səy və böyük iradə tələb edir. Bu gün yetişdirdiyiniz əlilliyi olan uşaqlar bir müddətdən sonra bir müəllim, müdir, mütəxəssis və ya siyasətçi olacaq, cəmiyyətdə aparıcı qüvvəyə çevrilə bilər.Düzdür bunun üçün çoxlu vəsait və əmək lazım olacaq.Ancaq biz kadrları yetişdirəndən sonra mərkəzi yaratmaq daha rahat və asan olacaq deyə düşünürəm.
– Sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlər hansılardır?
– Səhiyyə, sosial sahələrdə təşkilatçılıq göstəririk. Sosial inkişaf üçün daha çox maarifləndirmə işləri aparırıq. Qanunvericilikdə olan yeniliklər barədə əlilliyi olan şəxəsləri maarifləndirirk. Çünki bilmirlər hansı qanunvericilikdə, hansı dəyişikliklər olub. Bundan əlavə Dövlət qurumlarına təkliflər hazırlanır ki, kvota barədə məsələyə yenidən baxılsın cünki əlilllərin işlə təminatında kvota çox aşağı səviyyədədir. Bundan əlilliyi olan şəxəslər çox əziyyət çəkir. Daha çox hazırda işlədiyimiz məsələ əlilliyi olan şəxəslərin problemləri və hüquqlarının bərpası istiqamətində qaynar xətt yaratmağı düşünürük və bunun üçün yeni proqram işləyirik. Yəqin ki, yaxın zamanlarda bunu edəcəyik.
Qeyd edək ki, təşkilat aktiv təşkilatlar sırasındadır, Azərbaycan Vərəm Əleyhinə QHT-koalisiyasının üzvüdür, Vərəmlə mübarizə sahəsində faəliyyət göstərir. Bundan əlavə Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) üzvüdür. Əlilliyi olan miqrantlarla da işləyir. Təşkilat fəaliyyətinə müsbət təsir göstərən bir çox qurumlarla sıx əməkdaşlıq edir. Əlilliyi olan şəxslərin sosial rifahının düzəlməsinə dəstək göstərilir.
Pərvanə Fərhadqızı
42 views