Sumqayıtda əlilliyi olan şəxslər üçün “Yeni il” tədbiri təşkil edildi-FOTOLAR

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin təşkilatçılığı ilə “Gözdən Əlillər Cəmiyyəti” Suqmayıt şəhər Təşkilatı və Ana Vətən Partiyası Qadınlar Şurasının əməkdaşlığı ilə Suqmayıt şəhərində əlilliyi olan şəxslər üçün “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibəti təbbir təşkil olundu.

 

Sosialmedia.az  xəbər verir ki, Tədbiri giriş sözü ilə açan ƏSMİD ictimai birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq,onları qarşıdan gələn “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etdi və onlara cansağlığı arzuladı. Görülən və görüləcək işlər barədə məlumat verdi. O, qeyd etdi ki,bu il torpaqları tam bərpa olmuş Azərbaycanda 2024-cü ili qarşılayacayıq və bu hər bir azərbaycanlının 30 illik arzusu idi.Bu arzunu gerçəkləşdirən cənab prezidentimizi İlham Əliyevə minnətdarıq.

 

Sonra “Gözdən Əlillər Cəmiyyəti” Suqmayıt şəhər Təşkilatının sədri Vəfadar Novruzov iştirakçıları salamlayaraq 2023-cü ildə ölkəmizdə baş verən mühüm hadisələrdən danışdı.Qeyd etdi ki,bu gün həmdə Prezidentimiz,Ali baş komandamız cənab İlham Əliyevin doğum günüdür.Bu münasibətlə də onu təbrik edirik.

 

Daha sonra Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı AVP sədri,millət vəkili, hörmətli Fəzail Ağamalının təbriklərini tədbir iştirakçılarına çatdırdı və qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü və digər səbəblərdən əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Bizim də bir vətəndaş olaraq əlilliyi olan şəxslərə,qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərmək borcumuzdur. Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir deyə bildirdi.

 

Sonda ƏSMİD ictimai birliyinə yeni üzv gələn əlilliyi olan şəxslərə üzvülük vəsiqəsi təqdim olundu və tədbirin təşkilində dəstək olan təşkilat üzvüləri Sahil Cəlilzadəyə və Vüsal Nəzərova təşkilat adından minnətdarlıq bildirdilər.

 

Tədbir əlilliyi olan şəxslərin ifaları və rəqsləri ilə yekunlaşdı.

34 views