“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin təşkilatçılığı ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə yardım İctimai Birliyinin əməkdaşlığı ilə əlilliyi olan şəxslərin və əlilliyi olan miqrantların hüquqların ilə bağlı təlim təşkil edildi.
Sosialmedia.az xəbər verir ki, təlimi giriş sözü ilə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova açaraq, təlimə başlamadan öncə qeyd etdi ki, bu il 7 fevral 2024-cü il tarixində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan böyük siyasi kampaniya olan prezident seçkiləri keçiriləcək və bu seçkilərdə əlilliyi olan şəxslərin də iştirak etməsi zəruridir. Prezident seçkilərində iştirak etməklə, yüksək vətəndaşlıq mövqeyini ortaya qoymalıyıq və bu seçkilərdə əlilliyi olan şəxlərlə yanaşı onların ailə üzvülərinidə fəal olmaqa çağırdı.
Sonra təlimin məqsədindən danışaraq, əlillliyi olan şəxslərin hüquqlarının öyrənilməsi onlar bu istiqamətdə maariflənməsi günümüzün aktula məsələlərindən biridir. Son zamanlar əlilliyin təyinatında yaranan problemlər və digər məsələlərdə əlilliyi olan şəxslərin az məlumatlılığı onların cəmiyyətdən kənarda qalması ilə nəticələnir. Bunun üçün biz əlilliyi olan şəxslərin və miqrantların sosial hüquqlar və güzəşətlər barədə biliklərini artırmaqla, onların xidmətlərə əlaçtanlığını asanlaşdırmaq istəyirik. Bu kimi təlimlərə cəlb etməklə onları bu sahədə biliklərini artıqmaq bizim əsas məqsədlərimizdən biridr. Əlilliyi olan miqrantlarda bu barədə daha çox məlumat əldə etməklə öz hüquqlarını biləcəklər deyə vurğuladı.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva əlilliyi olan şəxəslərin hər sahədə məlumatlanmasının olduqca önəmli olduğunu vurğüladı və gələcəkdə bu kimi təlimlərin daha geniş auditoriyanı əhatə edəcəyini bildirdi.
Sonra Vəkillər Kolegiyasının üzvü,Sumqayıt Regional Vəkillər Bürosunun üzvü Ruslan Mustafazadə əlilliyin təyinatında mövcud olan problemlərə toxunaraq, əlilliyi olan şəxslərin pensiya hüququndan və ölkəmizdə yaşayan miqrantların sosial hüquqlarından,onlara verilən güzəştlərdən və digər qanunlar barədə ətraflı çıxış etdi.
Ekspert Günel Ələkbərova əlilliyi olan şəxslərin məşqulluğunun təminatından və onlar üçün hazırda mövcud olan peşə hazırlığndan və yaradılan şərait barədə iştirakçılara geniş məlumat verdi. Qeyd etdi ki, yaxın zamanlarda əlilliyi olan şəxslər üçün yeni peşə kurslarının təşkili nəzərdə tutulub.
Hüquqşunas Ərturqut Şərəfxanlı əlilliyi olan şəxslərin mənzil hüququndan və onlara ayrılan güzətlər barədə təlim iştirakçılarına ətraflı məlumat verdi.
Təlim çay süfrəsi arxasında müzakirələrlə yekunlaşdı.
Qeyd edək ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi Beynəlxalq Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) üzvüdür.
52 views